Mahir Emrelinin komandası qələbəni əldən verib
    • 7-04-2023, 23:30
    • 239

Mahir Emrelinin komandası qələbəni əldən verib

Türkiyə Super Liqasında XXVIII tura start verilib.

News24.az-ın məlumatına görə, açılış oyununda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" evdə "Antalyaspor"la qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

Hesabı 24-cü dəqiqədə Məhəmməd Dəmir açıb. Qonaqlar isə 45-ci dəqiqədə Haci Raytın qolun ilə tarazlığı bərpa ediblər.

Oyuna ehtiyatda başlayan Mahir Emreli 66-cı dəqiqədə meydana çıxıb. Əsas vaxta əlavə olunmuş 6-cı dəqiqədə rəqiblə toqquşan 26 yaşlı hücumçu başından yüngül xəsarət alıb.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 36-ya çatdıran "Konyaspor" 8-ci pillədəki mövqeyini qoruyub. 29 xalı olan "Antalyaspor" isə 11-cidir.