İkardi rekord qırdı
İdman
Trendyol Super Liqasının 17-ci turunda “Qalatasaray” evdə “Kasımpaşa”nı 3:0 hesabı ilə məğlub edib.
News24.az xəbər verir ki, qarşılaşmanın 88-ci dəqiqəsində topu qapıdan keçirən Mauro İkardi Super Liqada 60-cı qolunu vurub.
Bu nəticə ilə argentinalı hücumçu Corce Hacinin rekordunu geridə qoyaraq “Qalatasaray” tarixində Super Liqada ən çox qol vuran əcnəbi futbolçu olub.