-
- 8-02-2019, 11:54
- 1 058
Sergey Lazerev Rusiyanı ikinci dəfə "Eurovision"da təmsil etməsi haqda: "Təkrarlanmağı xoşlamıram"
Rusiyanın "Eurovision 2019" təmsilçisinin adı açıqlanıb.
News24.az xəbər verir ki, bu, 2016-cı ildə Rusiyanı sözügedən musiqi yarışmasında təmsil etmiş müğənni Sergey Lazerevdir.
İfaçı "Eurovision"a ikinci dəfə qatılması ilə bağlı ilk müsahibəsini verib. O, bu haqda 3 ildir ki, düşündüyünü açıqlayıb:
"Hər kəs deyirdi ki, mən yenidən iştirak etməliyəm. Mən isə tərəddüd edirdim. Bir tərəfdən yarışmada iştirak etməyim mənə böyük təcrübə qazandırdı. Nəticədən və prosesdən zövq aldım. Digər tərəfdən isə təkrarlanmağı xoşlamıram. Bu yarışma artıq bir dəfə mənim həyatımda olub və düşünürəm ki, həmin dövrdə olan siyası proseslərə görə əlimdən gələni etmişəm. Sevinirəm ki, tamaşaçılar mahnıma səs vermişdilər və məhz mənim mahnın izləyici səsverməsi nəticəsinə görə 1-ci yerə layiq görülmüşdü.
Ölkəmi "Eurovision"da təmsil etmək üçün rəsmi təklif bu yaxınlarda gəldi və hər şeyi dərindən düşünüb razılıq verdim".
İfaçı ikinci dəfə "Eurovision" səhnəsinə çıxmağın riskli olduğunu da açıqlayıb:
"Tərəddüdlərimi hər zaman olduğu kimi, mahnı aradan qaldırdı. Avropa tamamilə yeni Sergey Lazerev görəcək. Anladım ki, məhz bu mahnını "Eurovision" səhnəsində ifa etmək istəyirəm. Vətənim mənim çıxışımla fəxr etməlidir.
Böyük risk və təzyiqləri nəzərə almışam və əlimdən gələnin ən yaxşını etməyə çalışağam".
Teymur MƏMMƏDOV