-
- Bu gün, 15:30
- 935
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib.
News24.az xəbər verir ki, bu posta Elvin Məmmədov təyin edilib.
Elvin Məmmədov 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 saylı orta məktəbdə təhsil alıb. Elvin Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin Ticarət və istehlak kooperasiyaların iqtisadiyyatı və idarə edilməsi üzrə bakalavr təhsili alıb. Həmin universitetdə MBA proqramı üzrə magistatura təhsilini Maliyyə ixtisasından alıb.
O, 2019-2022-ci illərdə “Yalama Agropark” MMC-də baş maliyyə inzibatçısı, 2022-ci ilin avqust ayından son təyinatına kimi isə “Cyberpoint” şirkətində Maliyyə departamentinin rəhbəri, direktor müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb. ("Sumqayıt Xeber")