Xocalı polisi mal-qara oğurlamaqda şübhəli bilinən şəxsləri SAXLADI
    • 8-04-2023, 11:40
    • 275

Xocalı polisi mal-qara oğurlamaqda şübhəli bilinən şəxsləri SAXLADI

Xocalı Polisi mal-qara oğurlamaqda şübhəli bilinən şəxsləri saxlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində müxtəlif vaxtlarda Goranboy rayonun Meşəli kənd sakinlərinə məxsus mal-qara və atları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini Arzu Məhərrəmov Xocalı rayon sakini İlkin Abışov ilə birlikdə ümumilikdə 18 şəxsə məxsus 15 baş mal-qaranı və 22 rəst atı müxtəlif vaxtlarda kənd ərazisindən oğurlayaraq respublikanın digər rayonlarına apararaq satıb. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 10 vətəndaşa dəymiş ziyan ödətdirilib. Şübhəli şəxslərin digər anoloji cinayətlər törətməsi istisna olunmadığından zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.