"Ramiz Novruzsuz ilk dəfə..."
    • 8-04-2023, 15:55
    • 544

"Ramiz Novruzsuz ilk dəfə..."

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz atasının vəfatından sonra ilk dəfə səhnəyə çıxıb. 

News24.az xəbər verir ki, bunla bağlı Cavidan paylaşım edib. Akademik Milli Dram Teatrında çalışan aktyor çətin gün yaşadığını vurğulayıb:

"Dünən çox çətinliklə də olsa atamın vəfatından sonra ilk dəfə tamaşa oynadım. Tamaşa atamın əziz xatirəsinə həsr olunmuşdu. Bu rolu hər zaman atamla birlikdə oynayırdıq. Ata, inanıram ki, dünən məni izləyirdin”.

Qeyd edək ki, Ramiz Novruz uzun sürən xərçəng xəstəliyindən sonra fevralda dünyasını dəyişib.