-
- 8-02-2019, 12:52
- 964
Bakıda atılan uşaqların atası tapıldı - VİDEO
Bakıda valideynləri tərəfindən atılan iki uşaq barədə yeni məlumat var.
Uşaqlardan birinin atası olan İlqar Qədirzadə açıqlamasında bildirib ki, o, uşaqların anası Aidənin üçüncü həyat yoldaşıdır:
“Mən də Aidənin üçüncü həyat yoldaşıyam. Qadının ilk həyat yoldaşından dörd uşağı var və ataları ilə birlikdə yaşayır. Sığınacağa yerləşdirilən oğlan uşaqlarının böyüyü – altı yaşlı Əmrah Aidənin həbsdə olan ikinci əri Oktayın uşağıdır. Dörd yaşlı Sabir isə öz oğlumdur. Aidə ilə 2014-cü ildən bəri qeyri-rəsmi nikahda yaşayırıq”.
“Aidə dedi ki, martın 3-də qızımın ad günü olacaq. Hədiyyə alarıq və gedərik. Mən də dedim ki, sən qızın üçün pul yığ. Mən də pul yığım, Gürcüstanda sənədlərini düzəltdirək. Çünki Əmrah məktəbə getməlidir. Yanvarın 10-da isə qadın uşaqları da götürərək evdən gedib. Məni səhər evdən yola saldı. Dedim ki, ağıllı ol, heç yerə getmə, qıraq adama qapı açma. Axşam evə gəldim ki, heç kim yoxdur, gediblər”, - İlqar Qədirzadə qeyd edib.
//Xəzər TV