Avtomobildə gizlədilən mobil telefonlar aşkar edilib - FOTO
    • 8-02-2019, 13:28
    • 454

Avtomobildə gizlədilən mobil telefonlar aşkar edilib - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsindən News24.az-a daxil olan məlumat əsasən, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn "Hundai Sonata" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin motor yerindən 1 ədəd "Samsung Galaxy J6", 1 ədəd "Redmi Note 6 pro" markalı mobil telefonlar və 5 ədəd mobil telefon qutuları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.