Bananı soyuducuda saxlamaq olarmı? – Mütəxəssislər açıqladı
    • Bu gün, 00:42
    • 103

Bananı soyuducuda saxlamaq olarmı? – Mütəxəssislər açıqladı

Banan düzgün saxlansa, daha uzun müddət dadlı qalacaq.

News24.az Medianews.az-a istinadən xəbər verir ki, bu barədə “Zest Food Service” şirkətinin mütəxəssisləri danışıb.

Mütəxəssislərin fikrincə, bananı başqa meyvələrlə birlikdə qabda saxlamaq olmaz. Onlar bunu yer çatışmazlığı səbəbindən bananın buraxdığı etilen qazının yığılması ilə izah ediblər. Buna görə də meyvə tez xarab olmağa başlayır.

Onların fikirincə, yaşıl bananların daha tez yetişməsini istəyirsinizsə, onları avokado, şaftalı, gavalı, manqo – etilenə həssas olan meyvələrin yanında saxlamaq lazımdır.

Mütəxəssislər onu da izah ediblər ki, bananların mükəmməl saxlanması üçün onları streç və ya folqa ilə bükmək lazımdır. Əgər bananlarda artıq qəhvəyi ləkələr yaranıbsa, onlar soyuducuda saxlanılmalıdır.

Ekspertlər qeyd ediblər ki, soyuducu bananı möhkəm və ətirli saxlayacaq. Qabıq qarala bilər, amma meyvənin içi açıq qalacaq. Beləliklə, beş-yeddi gün ərzində yeməli olacaq.

Onlar həmçinin xəbərdarlıq ediblər ki, yaşıl bananları dondurmaq proses meyvəni faktura və daddan məhrum edəcək.