"Cəsarəti çatan sağlığında çıxıb sözünü deyərdi"
    • 10-04-2023, 12:20
    • 292

"Cəsarəti çatan sağlığında çıxıb sözünü deyərdi"

"Sosial şəbəkələrdə oxuyuram ki, dünyasını dəyişən və hələ dəfn olunmayan Azər Paşa Nemətovun haqqında artıq-əskik danışırlar".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova ötən gün dünyasını dəyişən Xalq artisti Azər Paşa Nemətovla bağlı tənqidi statuslar paylaşanlar haqqında deyib. Aktrisa mərhumun fəaliyyətini pisləyənlərə cavab verib:

"Ölən insanın arxasınca artıq-əskik danışmaq insanlığa sığmır. Cəsarəti çatan çıxıb sağlığında sözünü deyərdi. Kimsə öləndən sonra onun haqqında şirə dönmək qorxaqlıqdır. Bu ölümdən hamı üçün var. Kimə rəhmət düşür, ya düşmür Allahın biləcəyi işdir".

Qeyd edək ki, aktyor Hikmət Rəhimov, Kamran Yunis ötən gün 75 yaşında vəfat edən Azər Paşa Nemətovla bağlı mənfi status paylaşıb./axşam.az/