Qubada narkotikin təsiri altında maşın sürən şəxs həbs olunub
    • 10-04-2023, 15:13
    • 227

Qubada narkotikin təsiri altında maşın sürən şəxs həbs olunub

Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan News24.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "Opel” markalı avtomobilin sürücüsü İlqar Cəfərov yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. İlqar Cəfərovun barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və məhkəmənin qərarına əsasən həmin şəxs inzibati qaydada həbs olunub.