-
- 22-02-2023, 14:28
- 229
Xızıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
Xızıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, Xızı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "VAZ-2101” markalı nəqliyyat vasitəsinin sürücüsü Tərlan Qafarov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.
T.Qafarovun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.