Azər Paşa Nemətovla vida mərasimi başa çatıb - FOTO
    • 10-04-2023, 15:59
    • 337

Azər Paşa Nemətovla vida mərasimi başa çatıb - FOTO

Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi başa çatıb.

News24.az xəbər verir ki, Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Çıxışlar bitdikdən sonra Azərpaşa Nemətovun cənazəsi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılıb.

Xatırladaq ki, Azərpaşa Nemətov dünən 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.

Qumral ƏLİYEVA
Nicat NİFTƏLİYEV