-
- 10-04-2023, 17:06
- 294
"Orta Dəhlizə artan maraqdan maksimum yararlanmaq vacibdir"
“Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi”nin səmərəli icrası da böyük əhəmiyyət kəsb edir”.
News24.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Tokayev Orta Dəhliz marşrutuna artan marağı vurğulayıb:
“Biz razılaşdıq ki, bu marşruta artan maraqdan maksimum yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək vacibdir.
Bütün bu tədbirlər, eləcə də beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq Şərq-Qərb istiqamətində yüklərin daşınmasının sabitliyini və səmərəliliyini təmin edəcək”, - Qazaxıstan Prezidenti qeyd edib.