İran XİN təyyarə qəzasına görə başsağlığı verdi
    • Bu gün, 11:00
    • 74

İran XİN təyyarə qəzasına görə başsağlığı verdi

İran Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstana "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində sərnişinlərin faciəvi şəkildə həlak olması ilə bağlı başsağlığı verib.

News24.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi məlumat verib.

"Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İran adından Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan hökumətlərinə və xalqlarına, xüsusilə də həlak olanların qohumlarına və yaxınlarına başsağlığı verib", - deyə rəsmi teleqram kanalında bildirilir.

Xatırladaq ki, ötən gün Qazaxıstanda AZAL-ın sərnişin təyyarəsi qəzaya uğrayıb.