1 şokolada 54 litr benzin satıldığının şahidi oldunuz? – VİDEO
    • 8-02-2019, 16:54
    • 856

1 şokolada 54 litr benzin satıldığının şahidi oldunuz? – VİDEO

Venesuelada səfərdə olan Türkiyənin tanınmış jurnalisti Cüneyt Özdemir maraqlı görüntüylə insanların diqqətini cəlb edib. 

News24.az xəbər verir ki, jurnalist Venesuelada yanacaq doldurma məntəqəsinə yaxınlaşaraq 54 litr benzini cəmi bir şokolad qarşılığında alıb. Jurnalisti müşahidə edən həmyerlisi "adam şokoladı almaq üçün maaşının 3-də birini verdi" deyərək, C. Özdemiri təəccübləndirib.

Qeyd edək ki, Venesuela zəngin neft ehtiyatı olan Cənubi Amerika ölkələrindən biridir. Son vaxtlar yaşanan iqtisadi və siyası proseslər, böyük inflyasiya ölkəni çətin vəziyyətə salıb. 

Fərid ŞABANOV