Türkiyədə kömür mədənində zəhərlənmə - Ölən var
    • 11-04-2023, 11:53
    • 136

Türkiyədə kömür mədənində zəhərlənmə - Ölən var

Türkiyədə kömür mədənində dəm qazından zəhərlənmə olub.

News24.az "Haberglobal"a istinadən xəbər verir ki, hadisə Somanın Eynez bölgəsində qeydə alınıb.

Dəm qazından zəhərlənən işçilərdən biri vəfat edib. 5 nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Qumral Əliyeva