Gəncədə 4 nəfər dəm qazından zəhərlənib
    • 2-01-2023, 22:40
    • 223

Gəncədə 4 nəfər dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Hadisə şəhərin 1-ci mikrorayon bina 1, mənzil 24-də qeydə alınıb.

1956-cı il təvəllüdlü Təhminə Qurbanova, 2005-ci il təvəllüdlü Göhvər Hacıyeva, 1981-ci il təvəllüdlü Sevda Mirəliyeva və 1946-cı il təvəllüdlü Qəzəfər Qəribov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə onlar yaşdıqları evdə dəm qazından zəhərəniblər. /APA/