Koronavirusdan sonra indi də “ətyeyən ölümcül mikroblar...”
    • 11-04-2023, 13:27
    • 240

Koronavirusdan sonra indi də “ətyeyən ölümcül mikroblar...”

Alimlərin araşdırmasına görə, iqlim dəyişikliyi və okeanların istiləşməsi yeni təhlükə yaradıb.

News24.az xəbər verir ki, araşdırmaya görə, insan həyatını təhlükə altına sala bilən “ət yeyən ölümcül mikroblar” yaranıb.

Məlumata görə, dəniz sahillərində yayılan “Vibrio vulnificus” bakteriyası çiy və ya az bişmiş dəniz məhsulları yedikdə insana yoluxur.

Bu bakteriyanın həyati təhlükələr yaratdığı bildirilib.

“Vibrio vulnificus” Meksika körfəzi, Corciya və Floridanın Atlantik sahillərində daha çox müşahidə olunur.