-
- 11-04-2023, 15:48
- 519
Yüksək vəzifəyə təyin edilən Samir Seyidəhmədli kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.
News24.az xəbər verir ki, Samir Seyidəhmədli bu vəzifəyə təyin edilənədək İqtisadiyyat Nazirliyində çalışıb. Onun son iş yeri nazirlik yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsi olub.
Bildirilir ki, S.Seyidəhmədli Dövlət Vergi Xidmətində iş karyerasına (əvvəlki Vergilər Nazirliyi) 2005-ci ildən başlayıb. O, geridə qalan illərdə vergi sistemində müxtəlif vəzifələrdə, eləcə də Vergilər Nazirliyi yanında milli gəlirlər departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi vəzifəsində çalışıb.
Ötən ilin sentyabrında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsinə təyin edilən S.Seyidəhmədli bu təyinatdan 7 ay sonra Naxçıvana göndərilib.