-
- 11-04-2023, 16:39
- 487
Bəstəkar müğənniləri YIXIB-SÜRÜDÜ: “Hərəsinin bir həcisi var, özlərini “yığdırıb” çıxırlar efirə"
“Özlərini “yığdırıb” efirlərə çıxırlar”.
News24.az xəbər verir ki, bunu mahnıları trend olan və sosial şəbəkələrdə milyonlarla baxış sayı yığan müğənnilərdən danışarkən bəstəkar İmruzə Hüseynova Yenicag.az-a açıqlamasında deyib.
O, son vaxtlar sosial şəbəkələrdə saysız-hesabsız müğənni qızların peyda olduğunu deyib:
“Bu gün trend sayılan və milyonlarla baxış sayı yığan o mahnılara kimlər qulaq açır? Təbii ki, bu mahnıları oxuyanın öz səviyyəsində olan insanlar. Efirlərdə, sosial şəbəkələrdə saysız-hesabsız müğənni qızlar peyda olub. Hamısı da bir yerini böyüdüb, dar libasda efirə çıxırlar. Oxuduqları mahnılar da bir-birinə bənzəyir, elə özləri kimi”.
Bəstəkar vəziyyətdən çıxış yolu görmədiyini də təəssüf hissi ilə bildirib:
“Çıxış yolu görmürəm. Heç birinə “zapret” qoyan da yoxdur. Heç olmayacaq da. Onların özləri demişkən, hərəsinin bir həcisi var. Pul buraxırlar, onlar da özlərini “yığdırıb” efirlərə çıxırlar. Bunların qarşısını almaq mümkün deyil. Onlar hər yerdə at oynadır, isdedadlı, tərbiyəli insanlar da hamısı qalıb kənarda. Dünyanin işi belədir”.