-
- 11-04-2023, 18:47
- 374
Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınır - MN
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub.
Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınır:
“Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur.
Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır".
Qeyd olunub ki, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
MN ictimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırıb.