Kəlbəcər istiqamətində mövqelərimiz iriçaplı silahlardan atəşə tutuldu
    • 1-05-2022, 10:08
    • 591

Kəlbəcər istiqamətində mövqelərimiz iriçaplı silahlardan atəşə tutuldu

Aprelin 30-u saat 20:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Bu barədə News24.az-a Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.