Bu gün şəhid olan hərbçilərimizin - FOTOLARI
    • 11-04-2023, 20:50
    • 372

Bu gün şəhid olan hərbçilərimizin - FOTOLARI

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.


News24.az şəhid olan hərbçilərimizin fotolarını təqdim edir:

Qeyd edək ki, şəhid olan hərbçilərin üçü də gizir olub.

Zalov Vidadi Nizami oğlu

Həsənov Elşad Qabil oğlu



Tağıyev Səbuhi Gündüz oğlu


Allah rəhmət eləsin!