Ermənilər Azərbaycan Ordusunun Laçındakı mövqelərini atəşə tutdu
    • 11-04-2023, 17:07
    • 247

Ermənilər Azərbaycan Ordusunun Laçındakı mövqelərini atəşə tutdu

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.