İran zəlzələni fürsət bildi: Yardım adı altında silah göndərdi - İDDİA
    • 12-04-2023, 10:28
    • 227

İran zəlzələni fürsət bildi: Yardım adı altında silah göndərdi - İDDİA

Fevralın 6-da Türkiyə və Suriyada onminlərlə insanın həyatına son qoyan dəhşətli zəlzələdən sonra İngiltərə mediası yeni bir iddia ortaya atıb.

News24.az xəbər verir ki, Böyük Britaniyanın “Röyters” agentliyinə danışan mənbələr zəlzələdən sonra Suriyaya yardım adı altında silahların göndərildiyini bildiriblər. 

10 ildən çoxdur Dəməşq rəhbərliyinə dəstək verən İranın yardım ləvazimatları kimi görünən paketlərdə silah və hərbi texnika göndərdiyi qeyd olunub.