Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – SİYAHI
    • 18-05-2024, 23:45
    • 587

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – SİYAHI

2024-cü ilin aprel ayının nəticələrinə görə “Instagram” sosial şəbəkəsi Azərbaycan istifadəçiləri arasında davamiyyətə görə birinci yerdədir.

News24.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə "Statcounter Global Stats" məlumat yayıb.

Statistikaya görə, bu ilin aprel ayında Azərbaycanda “Instagram”dan istifadə 32,48% təşkil edib.

Digər sosial şəbəkələrə girişlər aşağıdakı kimidir:

“Facebook” – 21,15%, “Pinterest” – 20,96%, “YouTube” – 12,6%, “X” (Twitter) – 8,29% və “LinkedIn” – 1,52%.