Şəhidin atası: “Vətəni bizdən də çox istəyirdi” – VİDEO
    • 12-04-2023, 11:11
    • 135

Şəhidin atası: “Vətəni bizdən də çox istəyirdi” – VİDEO

“Vətəninə qarşı, ata-anasına qarşı sadiq bir oğul olub. Mənim xəbərim olmadan hərbi xidmətə könüllü yazılmışdı”.

News24.az bildirir ki, bu sözləri ötən gün Ermənistanın törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Vidadi Zalovun atası Nizami Zalov deyib.

O bildirib ki, Vidadi Zalov ixtisası iqtisadiyyat sahəsi ilə bağlı olsa da, vətəni qorumaq eşqi onun dörd ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə qulluq etməsinə səbəb olub.

“Vidadi ali təhsilli idi. Bizdən də çox vətənini sevirdi. O, həmişə vətəninə xidmət etmək istədiyini deyirdi”, – deyə o qeyd edib.