Əməkdar artistdən Rövşanəyə sərt cavab: “Efirdən rədd ediləcək”
    • 12-04-2023, 13:18
    • 362

Əməkdar artistdən Rövşanəyə sərt cavab: “Efirdən rədd ediləcək”

"Belə aparıcılar azdır, amma onlar bilsinlər ki, nə vaxtsa efirdən rədd ediləcəklər. Onlar bilsinlər ki, xalqın əsəbi, hissi ilə oynamaq olmaz”.
 
News24.az
xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist İlkin Əhmədov aparıcı Rövşanə Ağasəfqızının onu efirə buraxmaması ilə bağlı qalmaqala aydınlıq gətirərkən deyib. İlkin Əhmədov aparıcının bu hərəkətini hörmətsizlik adlandırıb:

"Mən o aparıcını yaxından tanımıram, onu ancaq efirlərdə görmüşəm. Özü də bir neçə efirdən. Açığını deyim ki, verilişində qonaq da olmamışam. Müəyyən qalmaqallarda adı çox hallandığından heç vaxt verilişinə də çıxmaq istəməmişəm. Bir neçə gün öncə onun verilişindən dəvət gəldi, qəbul etmədim. Sonra bir neçə nəfər xahiş etdi ki, get. 

"Space” mənim üçün doğma kanaldır, həmişə hörmətimiz var və olacaq da. Həmin adamlara onun verilişinə getmək istəmədiyimi dedim. Onlar da xahiş etdilər ki, get, narahat olma. Qəbul etdim. Dedilər ki, saat 9:00-da burada olmalısan. Həmin saatda gələ bilmək imkanımın olmadığını bildirdim. Axırda saat 9:00-da razılaşdıq. Evdən çıxanda Dərnəgül körpüsündə tıxaca düşdüm. Studiyaya çatanda saat 9:25 idi. Baxdım ki, Rövşanə xanım öz-özünə mənim ünvanıma danışır. Dedim ki, gecikmişəm, günahım var, qoy deyinsin. Bu qadın isə məni görən kimi başladı danlamağa. Elə bildim ki, reklam arasıdır, sonra baxdım ki, canlı efirə deyir. 

Sənə bu qədər səlahiyyəti kim verib? Özündən razı, rahatlıqla ömründə bir dəfə efirinə qonaq gələn şəxsi danlayır. Sanki telekanal rəhbəridir. Axırda da sərt şəkildə bildirdi ki, sizin bu verilişə qatılmağa ehtiyacınız qalmadı. Çıxıb getdim. Mən çıxan kimi başlayıb canlı efirdə ünvanıma kəskin ifadələr işlətməyə. Danışsın, amma başından böyük danışa bilməz. "Xalqa hörmətsizlik edir” deyirsən. Bunu sübuta yetirə bilərsən? Deyib, ürəyi soyumayıb sonra da sosial şəbəkədə paylaşdırıb. Elə bilir ki, mənə pislik edir, amma əslində özünə hörmətsizlik edib. Mən istəsəm bu məsələdə sona qədər gedərəm, "Space” telekanalı onu oradan rədd edər. Nəinki "Space”dən, hətta onu başqa telekanalların da üzünə həsəd qoyaram. O, tək mənə deyil, bir neçə adama hörmətsizlik edib”.
Ətraflı

İlkin Əhmədov tamaşaçıların 95 faizinin onu efirdə  görmək istəmədiyini vurğulayıb:
 
"Bu insana hörmət etmirlər. Pislik edən biri deyiləm, niyyətim də yoxdur. Həmişə istəmişəm ki, dövlətə, xalqa xidmət edim, bacardığım qədər millətə yararlı olmuşam. Pislik əlimdən gəlmir, həm də xanımdır, amma başından böyük, mənim adımdan danışa bilməz. Deyir ki, İlkin xalqa hörmətsizlik edib. Harada hörmətsizlik etmişəm? Bu, düzgün ifadə deyil. Mən bu ifadənin sonuna kimi gedərəm və onu yerində otuzduraram. Adımdan xalq söhbəti edə bilməz. Bu əslində birbaşa məhkəməlik bir ifadədir, amma qadın olduğu üçün dayanıram. Bir o deyil, bu niyyətdə, tərbiyyədə olan aparıcılara aiddir. Əminəm ki, belə aparıcılar azdır, amma onlar bilsinlər ki, nə vaxtsa efirdən rədd ediləcəklər. Bilsinlər ki, xalqın əsəbi, hissi ilə oynamaq olmaz. Onsuz da çətin hallar yaşayırıq. Gecikmişəm, sən də sözünü dedin, məsələ bitdi. Yoxsa ağzını tutmusan efirə nə gəldi danışırsan”. 

Qeyd edək ki, "Space səhər" verilişində xoşagəlməz anlar yaşanıb. Belə ki, proqrama dəvət olunan Əməkdar artist İlkin Əhmədov efirə gecikib. O, verilişin bitməsinə bir neçə dəqiqə qalmış studiyaya daxil olub, amma verilişin aparıcısı Rövşanə Ağasəfqızı ifaçıya əsəbiləşərək onu efirə buraxmayıb: 

"Respublikanın Əməkdar artistidir, məsuliyyət sıfırdır. Sənə hörmət edib, əziz bilib dəvət etmişik. Gələ bilmirdinsə, deyərdin zamanım yoxdur. Nə çox müğənni... Efirə çıxmaq üçün ürəkləri gedir. Bu qədər tıxac olur? Hər kəs səhər 6-dan oyanıb efirə gəlib. Bu, hörmətsizlikdir. Nə haqla efirimizi boş qoyursan? Gələ bilmirdinsə, əvvəlcədən deyərdin. Əməkdar artistsən, ölkənin təmsilçisisən. Səni hörmətli bilib efirə dəvət etmişik. Efirin bitməsinə az qalıb, gəlsən belə studiyaya girməyə ehtiyac yoxdur. Sənə heç vaxt hörmətsizlik etməmişik, illərin aparıcısı burada dayanıb, bir azdan efir bitir. 2 saat İlkin üçün vaxt ayırmışıq, onun 10 dəqiqə qalmış bura gəlməsi lazım deyil".