-
- 25-11-2024, 14:15
- 518
İdmançımız ermənini məğlub etdi - FOTO
Bakı şəhəri Yasamal rayonu 308 saylı tam orta məktəbin şagirdi Yusif Bağırlı Gürcüstanda keçirilən beynəlxalq səviyyəli yarışın qalibi olub.
News24.az medianews.az-a istinadən xəbər verir ki, Tbilisi şəhərində baş tutan "Tbilisi Open" karate yarışında Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Türkiyə və sair ölkələrdən olan idmançılar güclərini sınayıblar.
2011-ci il təvəllüdlü Yusif Bağırlı bu turnirdə beş döyüş keçirib. O, ilk olaraq Ermənistan idmançısını 4:3 xal hesabı ilə məğlub edib. İkinci döyüşündə Gürcüstan idmançısı üzərində 8:0 xal hesabı ilə inamlı qələbə qazanıb.
Yusif Bağırlının üçüncü rəqibi Ermənistan karateçisi olub. İdmançımız bu qarşılaşmada erməni həmyaşıdına aman verməyib, 6:0 üstünlüklə döyüşü yekunlaşdırıb.
Azərbaycanlı karateçinin dördüncü və beşinci rəqibi Gürcüstan idmançıları olub. Onların hər birinə 5:0 xal hesabı ilə üstün gələn Yusif Bağırlı yarışın birincisi olub, Gürcüstan paytaxtında Azərbaycan bayrağını ucaldıb, himnimizi səsləndirib.
Xatırladaq ki, Yusif Bağırlı Sumqayıt şəhərindəki "Qara qaplan" karate klubunda məşq edir. O, məşqçi Rövşən Allahverdiyevin yetirməsidir. Səkkiz ildir karate ilə məşğul olan Yusif Bağırlı ikinci kyu qəhvəyi kəmər sahibidir.