Devid Bekhemin heykəli qoyulacaq
    • 9-02-2019, 11:06
    • 949

Devid Bekhemin heykəli qoyulacaq

ABŞ-ın “Los-Anceles Qelaksi” klubu sabiq futbolçusu Devid Bekhemə heykəl qoyacaq.

Bu barədə klubun rəsmi saytında xəbər verilib. Xəbərdə bildirilib ki, 44 yaşlı veteran yarımmüdafiəçinin abidəsi Kaliforniyada, komandanın ev oyunlarını keçirdiyi “StubHub Center” arenasının girişində olacaq.

İngiltərə millisinin də sabiq futbolçusu olan D.Bekhem 2007-2012-ci illərdə Los-Anceles Qelaksi”nin heyətində 122 oyuna çıxıb və 19 qol vurub. O, karyerası ərzində vətənində “Mançester Yunayted”, İspaniyanın “Real Madrid”, İtaliyanın “Milan” və Fransanın PSJ klublarının da formasını geyinib.

News24.Az