2025-ci ilin ən yaxşı idmançıları – Nazirlik adları açıqladı
İdman
Gənclər və İdman Nazirliyi 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbir keçirir.
News24.az xəbər verir ki, "Buta Palace"da təşkil olunan tədbirdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov qonaqları salamlayıb və onları tədbirdə görməkdən məmnun olduğunu bildirib.
Nazir 2025-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini vurğulayıb və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib.
Tədbirdə həmçinin Gənclər və İdman Nazirliyi müxtəlif nominasiyalar üzrə 2025-ci ilin ən yaxşılarını açıqlayır.
2025-ci lin ən yaxşı idman veteranı
1. Tərlan Həsənov (cüdo)
2. Tamilla Bünyatova (atletika)
3. Məhəmməd Müslümzadə (sambo)
2025-ci ilin Ədalətli oyun (Fair Play) mükafatçısı
1. Azərbaycan Badminton Federasiyası
2. Azər İlyasov (kanoe və avarçəkmə)
3. Rauf Məmmədov (şahmat)
2025-ci ilin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi
1. "Ulduz" Futbol Akademiyası
2. Respublika Kompleks İdman məktəbi
3. Şuşa Rayon Uşaq Gənclər İdman məktəbi
2025-ci ilin idman mövzusunda ən yaxşı videoçarxı
1. "Arzunun ardınca"
2. "Baku Open 2025" beynəlxalq şahmat festivalı (şahmat)
3. "Uğur hekayəni yalnız öz gücünlə yaza bilərsən" (taekvondo)
2025-cİ ilin ən yaxşı idman fotoqrafı
1. İlqar Cəfərov (Azərtac)
2. İslam Atakişiyev (İdman.Biz)
3. Samirə Həsənova (Report.az)
2025-ci ilin ən yaxşı media idman qurumu
1. "İdman.Biz"
2. AZƏRTAC
3. "Report.az"
2025-ci ilin ən yaxşı idman jurnalisti
1. Elmir Əliyev (Haqqın.Az)
2. Elnur Salahov (Azərtac)
3. Səbuhi Musa (Prosport.az)
2025-ci ilin televiziya üzrə ən yaxşı idman jurnalisti
1. Arifə Lətifova (CBC Sport)
2. Fəridə Abdulla (İTV)
3. Vüqar Nəzərov (İdman TV)