Yenidən Atatürk olacaq - FOTO
    • 9-02-2019, 13:03
    • 874

Yenidən Atatürk olacaq - FOTO

Doqquz il əvvəl "Dersimiz Atatürk" filmində baş rol oynayan türk aktyoru Halit Ergenç yenidən Atatürk obrazını canlandıracaq.

Bunun həyəcanını yaşayan aktyor yeni film üçün gələn təklifə tərəddüd etmədən razılıq verib. 

Rejissoru Abdullah Oğuz olan "İlk Adım: 1919"/"İlk addım: 1919" adlanan film Türkiyə Milli Mübarizəsinin 100-cü ildönümünə həsr ediləcək. Filmdə Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkün Bandırma gəmisində silahdaşları ilə yol yoldaşı olarkən yaşadığı hadisələr təsvir ediləcək.

Filmin ilkin hazırlıqları artıq tamamlanıb. Yaxın günlərdə çəkilişlərə strat veriləcək.

News24.Az