İTV Yayım Şurasına yeni namizədlər irəli sürüldü - YENİLƏNDİ
    • 13-04-2023, 11:53
    • 201

İTV Yayım Şurasına yeni namizədlər irəli sürüldü - YENİLƏNDİ

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlərin adları məlum olub.

News24.az-ın xəbərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Əzim Talıbov və Həsən Cəfərovun namizədlikləri irəli sürülüb.

***

saat 11.28

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni namizədlər irəli sürülüb.

News24.az xəbər verir ki, Mətbuat Şurası Azər Həsrət və Aqil Ələsgərin İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədliyini irəli sürüb.

Mətbuat Şurası ilə digər aidiyyəti qurumlardan da namizədlər irəli sürüləcək.