İTV-də kadr və struktur dəyişiklikləri həyata KEÇİRİLDİ
    • 6-01-2021, 17:54
    • 458

İTV-də kadr və struktur dəyişiklikləri həyata KEÇİRİLDİ

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının onlayn formatda iclası keçirilib. İclasda İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun təqdimatına əsasən bəzi vəzifələr üzrə kadr təyinatı və struktur dəyişiklikləri müzakirə edilib.

News24.az
xəbər verir ki, Yayım Şurasının qərarı ilə Dadaşov Əfsər Əziz oğlu İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri, Doluxanov Fikrət Elxan oğlu isə İnformasiya Departamentinin direktoru vəzifələrinə təyin ediliblər. 

Qeyd edək ki, iqtisad elmləri namizədi olan Əfsər Dadaşov bundan əvvəl Azərbaycan Texniki Universitetində müxtəlif vəzifələrdə çalışıb. Fikrət Doluxanov isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Beynəlxalq Əlaqələr departamentinin böyük mütəxəssisi olub. Baş Direktor Balakişi Qasımovun yeni əmrlərinə əsasən, Vəliyev Əliəsgər Vəli oğlu və Seyidov Mehmandar  Ənvər oğlu İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Aparat rəhbərinin müavinləri təyin ediliblər. Əliəsgər Vəliyev yeni təyinata qədər Şirkətin İnformasiya departamentinin direktoru, Mehmandar Seyidov isə Hüquq departamentinin direktoru vəzifəsində çalışıb. 

Qeyd edək ki, bu günə qədər bir çox yeniliklərlə diqqət çəkən İctimai Televiziya və Radio Yayımları Şirkətində aparılan kadr təyinatı və struktur dəyişikliyi iş əmsalının yüksəldilməsinə xidmət edir.

Sevda Bayramova