Bakı-Tbilisi aviareysi təxirə salındı - SƏBƏB
    • 13-04-2023, 12:15
    • 478

Bakı-Tbilisi aviareysi təxirə salındı - SƏBƏB

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” şirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi beynəlxalq hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə News24.az-a “AZAL”dan bildirilib.

Məlumata görə, təyyarə saat 10:56-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.