Xuraman sahibsiz itlərdən şikayətləndi - VİDEO
    • 13-04-2023, 14:45
    • 176

Xuraman sahibsiz itlərdən şikayətləndi - VİDEO

"Abşeron rayon Masazır qəsəbəsində yaşayırıq. Övladım da elə həmin qəsəbədə yerləşən 4 nömrəli orta məktəbdə, 1-ci sinifdə təhsil alır. Övladım dərsə gedən ilk gündən həmin məhkəmə ərazisində müşahidə etdiyim acınacaqlı vəziyyət var. Məktəb ərazisində sahibsiz itlər həddindən artıq çoxdur. Özü də məktəbin həyətinə keçirlər. İstər-istəməz valideynlər narahatlıq yaşayır".

News24.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə deyib. O, yaşadığı ərazidəki sahibsiz itlərdən şikayətlənib və bu səbəbdən aidiyyəti qurumlara səslənib.

"Ya sentyabrın axırı, ya da oktyabrın əvvəlləri idi, övladımı məktəbə aparanda bir valideyn ağlaya-ağlaya, yanında da balaca uşaqla gəldi. Dedi ki, ikinci övladım burada təhsil alır, onu götüməyə gələn zaman üstümə it cumdu və məni dişlədi. Ağlayırdı, çox pis oldum. Çünki anadır, yanında övladı var, həm qorxub, həm də dişləmə prosesi də olub. Bildiyim qədəri ilə həmin xanım müalicə alsa da it dişləməsindən, quduzlaşmadan dünyasını dəyişib.

Bu işlə məşğul olanlar, aidiyyəti qurumlar, xahiş edirəm bu ərazidə yerləşən məktəb, bina ətrafında olan kimsəsiz, yiyəsiz itlərə bir əncam kəsəsiniz. Dəfələrlə valideynlərin, uşaqların üzərinə hücum ediblər. Vacib deyil ki, dişləsin, elə itin adamın üzərinə gəlməsi özü bir şokdur, pis xəstəliklərin yaranmasına səbəbdir. Bu işlərlə məşğul olan qurumlara müraciət edib deyirəm ki, Masazır qəsəbəsi və 4 saylı orta məktəbin ərazisi o cür itlərlə doludur. Həm uşaqlar, həm orada yaşayan insanlar üçün çox təhlükəlidir" deyə, Xuraman müraciətində bildirib.