Masazırda DƏHŞƏT: İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü
    • 6-01-2023, 10:44
    • 1 008

Masazırda DƏHŞƏT: İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü

Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” Yaşayış Kompleksində sahibsiz itlərin hücumuna məruz qalan 41 yaşlı qadın ölüb.
 
News24.az  Baku TV-yə istinadən xəbər verir ki, 4 ay əvvəl qəsəbə ərazisində itlər 41 yaşlı İnci İsgəndərovaya hücum edib. Xəsarət alan qadın bir müddət sonra dünyasını dəyişib.
 
Sakinlər ərazidə sahibsiz itlərin sayının çox olmasından və tez-tez onların hücumuna məruz qalmalarından şikayət ediblər.