"Atamın vəziyyəti ağır olaraq qalır, reanimasiyadadır"
    • 14-04-2023, 10:09
    • 692

"Atamın vəziyyəti ağır olaraq qalır, reanimasiyadadır"

Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

News24.az xəbər verir ki, bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, qarmon ustasının səhhətində irəliləyiş yoxdur.

"Həm ürəyində, həm ağciyərlərində problem var. Reanimasiyadadır. Vəziyyəti ağırdır", - sənətçinin qızı əlavə edib.