Atası ilə dalaşan 26 yaşlı gənc özünü YANDIRDI
    • 14-04-2023, 11:58
    • 245

Atası ilə dalaşan 26 yaşlı gənc özünü YANDIRDI

Sabirabadda 26 yaşlı gənc özünü yandırıb.

News24.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Axtaçı kəndində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Qurban Rafiq oğlu Məhərrəmli atası ilə mübahisə etdikdən sonra özünü yandırıb.

Ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Qurban Məhərrəmli orada ölüb.

Faktla bağlı araşdırma aparılır.