Göyərtinin sağlamlığımıza FAYDASI
    • Bu gün, 16:37
    • 122

Göyərtinin sağlamlığımıza FAYDASI

Göyərtilər süfrəmizin ayrılmaz hissəsidir. Mütəxəssislərin fikrincə, gündə 4-6 porsiya göyərti qəbul etməyin sağlamlığımıza bir çox müsbət təsirləri var. 

News24.az Redaktor.az-a istinadla xəbər verir ki, göyərtilər tərkibindəki qidalar, antioksidantlar və liflərə görə göz sağlamlığından bağırsaq sağlamlığına qədər bir çox mövzuda əhəmiyyətli rol oynayır. Göyərtilərdən istifadə etmək maddələr mübadiləmizin işləməsində, eləcə də hormonlarımızı tənzimləməkdə də təsirlidir.

Su ilə zəngin qidaların qəbulu orqanizmimiz üçün çox vacibdir. Yetərincə göyərti istehlak etdiyiniz zaman həzm problemlərindən və bədəninizin tələb etdiyi su miqdarını qarşılaya bilmədiyiniz üçün yaranan şişkinlik kimi problemlərdən xilas ola bilərsiniz.

Göyərti istehlakı da əzələ sağlamlığı və əzələ inkişafında çox mühüm rol oynayır. Bunun ilk səbəbi göyərtilərdə olan bol lifdir. Tərkibində lif olan göyərtilərin müntəzəm istifadəsi əzələlərin işini dəstəkləyir. Həmçinin göyərtinin qan axını tənzimləyən təsirləri də var.

Bundan başqa, göyərti istifadə etmək göz sağlamlığımız üçün çox önəmlidir. Xüsusilə gənc yaşda bol miqdarda göyərti istehlakı katarakt kimi yaşa bağlı göz xəstəliklərinin qarşısını almaqda təsirlidir.

Bol göyərti istehlakının ürək sağlamlığımız üçün də müsbət nəticələri var. Göyərti yüksək qan təzyiqi və xolesterolu tarazlaşdırmağa kömək edir, beləliklə infarkt riskini azaldır. Bundan əlavə, tərkibində yüksək miqdarda antioksidant olduğu üçün ateroskleroz, Alzheimer və xərçəng kimi bir çox xəstəliyin əsasını təşkil edən sərbəst radikallara qarşı da qoruyucu rol oynayırlar.