Bakı-Ağstafa dəmir yolu xətti üzrə əlavə reys təyin EDİLDİ
    • 14-04-2023, 14:20
    • 431

Bakı-Ağstafa dəmir yolu xətti üzrə əlavə reys təyin EDİLDİ

“Azərbaycan Dəmir Yolları" QSC Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə aprelin 21-nə əlavə reys təyin edib.

News24.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, həmin tarixdə əlavə reys üzrə səhər saat 08:25-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar saat 13:20-də mənzil başına çatacaq.

Bakı-Ağstafa marşrutu üzrə ənənəvi reysin qrafikinə əsasən, hər gün saat 08:45-də yola çıxan qatar saat 13:40-da mənzilbaşına çatır, Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşərək Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatır.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətili günləri və bayramın sonunda hər iki istiqamətə rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, tələbat müvafiq qaydada təmin ediləcək.