-
- 14-04-2023, 17:56
- 813
Azərbaycanın meyvə-tərəvəz ixracı azaldı
Cari ilin yanvar-mart aylarında Azərbaycandan 114 mln. 940 min dollar dəyərində 90 min 893 ton meyvə-tərəvəz ixrac olunub.
News24.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6.3% və ya 6 min 140 ton, məbləğ baxımından isə 8% və ya 9 mln. 998 min dollar azdır.
Qeyd edək ki, ixrac olunan meyvə-tərəvəz məhsulları əsasən tomat(24491 ton), meşə fındığı(7823 ton), alma(22240 ton), xurma(20247 ton), kartof(1164 ton) və nar(5831 ton) olub.
Xatırladaq ki, bu ilin ilk 3 ayında meyvə-tərəvəz ixracı Azərbaycanın qeyri-neft sektoru üzrə ixracındakı payının 12.60%-ni təşkil edib.