-
- 21-04-2020, 09:52
- 1 060
Azərbaycan Türkiyədən dənli və paxlalı bitkilərin İDXALINI ARTIRIB
2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 30,75 faiz artaraq 29,558 milyon dollar təşkil edib.
Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Mart ayında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin martı ilə müqayisədə 34,16 faiz artıb və 14,211 milyon dollara bərabər olub.
Yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına dənli və paxlalı bitki ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 1,81 milyard dollar təşkil edib. Dənli və paxlalı bitki ixracının Türkiyənin bu müddət ərzində ümumi ixracında payı 4,2 faizə bərabər olub.
Son 12 ay ərzində (mart 2019 - mart 2019) Türkiyə 6,887 milyard dollar məbləğində dənli və paxlalı bitki ixrac edib./Trend/