Bəşirqızı Adil Kərimli barədə: “Mən nazirəm” demək xasiyyəti...”
    • 14-04-2023, 18:22
    • 737

Bəşirqızı Adil Kərimli barədə: “Mən nazirəm” demək xasiyyəti...”

Xalq artisti Afaq Bəşirqızı Prezident tərəfindən Mədəniyyət naziri vəzifəsinə təyin olunan Adil Kərimli haqda fikirlərini bölüşüb. 

News24.az
xəbər verir ki, bu barədə sənətçi “Sherg.az”a açıqlamasında danışıb. Aktrisa bildirib ki, Naziri “Azərbaycan teatrı - 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda görüb:

“Ona qarşı rəğbətim artdı. Çünki incəsənət xadimlərinin hər biri ilə ayrılıqda maraqlandı, keflərini, işlərinin necə getdiyini soruşdu. Mehriban insandır, bu cameəyə qarışandır.“Mən nazirəm, nazir köməkçisiyəm” demək xasiyyəti yoxdur. Çox təmiz və saf adamdır. Çox sevindim. Forumda onun çıxışına, tədbirin təşkilatçılığına, bəzi müəyyən qlobal məsələlərin qaldırılmasına görə də şad oldum. Sevindim ki, cənab nazir bir iş görəcək. Biz də hamımız ona bacardığımız qədər köməklik göstərməliyik”.