Putinin sevgilisi ölkənin əsas kanalını alır
    • 23-07-2018, 17:14
    • 1 378

Putinin sevgilisi ölkənin əsas kanalını alır

Rusiyanın prezidenti Vladimir Putinin sevgilisi, keçmiş idmançı, hazırkı deputat Alina Kabayeva ölkənin birinci kanalının rəhbəri olmaq istəyir. 

Belə ki, A.Kabayevanın "Milli Media Qrup" adını daşıyan holdingi hazırda telekanalın hissələrinin 25%-nə sahibdir. 

Hazırda "ORT"də rəhbər vəzifəsini hissələrin 24%-i əlində olan milyarder Roman Abramoviç icra edir. Lakin, Rusiyanın KİV qanunları xarici vətəndaşın ölkədə 20%-dən artıq hissələrə sahib olmasını qadağan edir.

Buna görə də o, hissələrin 4% -ni satmaq məcburiyyətində qalıb. Yaranan vəziyyətdən istifadə etmək qərarına gələn Alina Kabayeva telekanalda əsas söz sahibi olmaq istəyir. 

Teymur Məmmədov