Zelenski: Ukraynanın layiqli yeri NATO-dur

Zelenski: Ukraynanın layiqli yeri NATO-dur Dünya
Ukraynanın layiqli yeri NATO-dur.

News24.az-ın məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski ənənəvi gündəlik müraciətində deyib.

Bu gün Ukrayna lideri Avro-Atlantik inteqrasiya, Ukrayna və Alyansın potensiallarının birləşdirilməsinin qaçılmazlığı ilə bağlı görüş keçirib.

“Aydındır ki, Ukraynanın yeri NATO-dadır, bu, onun layiqli yeridir. Mən istəmirəm ki, bu günə qədər bizim Alyansa daxil olmağımıza mane olan köhnəlmiş illüziyalar indi də Ukraynadan və tərəfdaşlardan vaxt almağa davam etsin”, - deyə Zelenski bildirib.