Meteohəssas insanların DİQQƏTİNƏ
    • 16-04-2023, 12:28
    • 195

Meteohəssas insanların DİQQƏTİNƏ

Bu gün müşahidə olunan tibbi-meteoroloji proqnoz açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.