Sudanda nazirin evinə raket atıldı - ÖLƏNLƏR VAR
    • 17-04-2023, 09:25
    • 266

Sudanda nazirin evinə raket atıldı - ÖLƏNLƏR VAR

Sudanın Mədən nazirin Məhəmməd Bəşirin evinə raket düşüb.

News24.az xəbər verir ki, bu barədə nazirlikdəki mənbələr məlumat yayıb.

Hadisə zamanı nazirin ailəsindən 2 nəfər ölüb, 2-si cangüdən olmaqla 3 nəfər yaralanıb.

Nazirin xəsarət almadığı bildirilib. 

Paytaxtda baş verən qarşıdurmalar zamanı Mədən Nazirliyinin binası da hədəfə alınıb. 

Qeyd edək ki, Sudanda Çevik Reaksiya Qüvvələri ilə nizami ordu arasında döyüşlər gedir. /Haber Global/