"Elza uşaqlarımızın da psixologiyasını korlayıb"
    • 17-04-2023, 11:23
    • 589

"Elza uşaqlarımızın da psixologiyasını korlayıb"

"Biri başına xoruş qoyur, hamını ona güldürürlər. Elza Seyidcahanı bir mən dünyaya gətirməmişəm. Ona hər şey etdik. O bilir mən kiməm. Bütün nəslimizi dala salır".

News24.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan "Maqazin plus" verilişinə açıqlamasında deyib. Bacısını tənqid edən Seyidcahan danışmadıqlarını vurğulayıb:

"Ondan çox şey gözləyirdik. Çünki onun irəli getməsi üçün çox şey etmişdik. Elza nəinki bacılarını, bizdən doğulan uşaqların da psixoloji xarab etdi. Onlar anlamırlar ki, nə olur".

Lalə Elzaya səslənərək "Mənə, nəslimizə açıqlama ver. Bərbad geyimlər geyinir. Qocalıb. İşləyirəm, qabağımdan keçir,, guya telefonla danışır. Hərəkəti də qocalıb" sözlərini söyləyib.